BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.
Tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edib, insan hüquqları, eləcə də münaqişədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.