Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ-nın dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş Vaşinqtondakı tarixi rəsmi qonaq evi olan “Blair House”də keçiriləcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş keçirildiyi məkanda son hazırlıqlar gedir.
Görüşdən öncə tərəflərin yerli və xarici mətbuat nümayəndələrinə qısa açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş baş tutub.