Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.