Bayramla əlaqədar rayonlararası avtobusların sayı çoxaldılıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AzerTimes-a verilən məlumata görə, kompleks “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin edilir.


Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirilib.

Teqlər: