Azərbaycan Dəmir Yolları bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Yanvarın 4-də qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:30-da Ağstafadan Bakıya yola düşəcək.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar tətil günlərində hər gün ənənəvi cədvəllə yanaşı, əlavə reyslərlə də hərəkət edəcək.