Xəbər - Elçin Mehdiyev – Trend:
Rayonda otellərdə boşluqdur və qiymətlər əvvəlki vəziyyətinə qayıdıb.
Bunu AzerTimes-a turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
C.Aşırov bildirib ki, yeni il bayramından öncə qiymətlər 40 faizə qədər bahalaşmışdı, otellərə tələbat hədfdə artıq çox idi:
“Lakin bayram sonrası insanlar öz işlərinə qayıdıblar. Regionlarda turist sayı azdır. Nə Bakıda, nə rayonda doluluq müşahidə olunmur. Xarici turistlər də yeni ilə görə əsasən öz ölkələrinə qayıdıblar. Hazırda həftə içi rayonlarda otellərdə ucuz qiymətə istirahət etmək mümkündür”, – deyə C.Aşırov bildirib.
Ekspert bildirib ki, bayram günlərində rayonlardakı hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişirdi.
“Paketə daxil olan xidmətlərə, şou proqramlara görə qiymətlər də fərqli idi. Ancaq yeni il şənliklərindən sonra qiymətlər stabilləşib, indi otellərdə boşluq müşahidə olunur”, – deyə C.Aşırov vurğulayıb.