Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir, lakin
qarşıdan Novruz bayramı gəlir. Bayramda isə insanlar daha çox bir
yerə toplaşmağa, qonaq gedib-gəlməyə üstünlük verirlər. Bu səbəbdən
qarşıdakı günlərdə yoluxma sayında az da olsa artım ola bilər.
Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
“Lakin artım çox olmayacaq. Belə ki, vətəndaşlarımızın çoxu “buster” doza ilə (3-cü doza) vaksinasiya olunublar. Yoluxmanın
kütləvi olmayacağını bildirən səbəblərdən biri də vətəndaşlarımızın
böyük əksəriyyətinin virusa yoluxub sağalmasıdır. Bununla da
kütləvi immunitet formalaşıb. Bütün bunlara baxmayaraq, virusdan
qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, maskadan
istifadə etməli, gigiyenik qaydalara riayət etməlidirlər”, –
M.Əliyev əlavə edib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan
Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni
yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb, 7
nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus
infeksiyasına yoluxub.
Twitter:@FaridZohrabov