İstehlak olunan alkoqol miqdarı artdıqca, xərçəngə tutulma riski əhəmiyyətli dərəcədə artır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı narkoloq İqor Kurekov deyib.
“Çox vaxt bayrama şampanla başlayan insanlar vaxtında dayana bilmirlər. Yeni il tətilləri üçün əsas tövsiyə spirtli içkilərdən imtina etməkdir. Amma bir şəxs buna baxmayaraq içməyə qərar verirsə, bədənə zərər verməməsi və müxtəlif mənfi nəticələrə səbəb olmaması üçün alkoqolun miqdarına nəzarət etmək vacibdir. Bundan başqa, alkoqollu içkiləri qarışdırmamaq vacibdir”, – Kurekov bildirib.