Xəbər - Fərid Zöhrabov – Trend:
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində
əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə
təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq,
koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və
avtostansiyalarda avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə
zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik
təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı
olaraq aparılmasına nəzarət gücləndirlib.
Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə
sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən
fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş
cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı
respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq
tapşırıqlar verilib.
Twitter:@FaridZohrabov