Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin
azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və
prospektdə təmir işləri aparılıb.
Agentlikdən AzerTimes-a bildirilib ki, təmir işləri zamanı
deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı
frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü
döşənib. Ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra
olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində
aparılıb.