Bayram süfrəsi üçün “Şah plov” və “Qarabağ kətəsi” neçəyə başa gələcək?

Səadət HƏNİFƏYEVA (PR menecer, Veysəloğlu Şirkətlər
Qrupu)

İqtisadçılar və analitiklər mürəkkəb iqtisadi məlumatları
insanlara sadə dildə çatdırmaq üçün müxtəlif indekslər yaradırlar.
Bu indekslər müəyyən dövrü əhatə edən göstəricilərin müqayisəsinə
əsasən dəyişiklik dinamikasını ifadə edir. Yeri gəlmişkən,
Şirkətlər Qrupumuzun hər ay dərc etdiyi “Veysəloğlu Pərakəndə
İndeksi” marketlərimizdə ən yüksək alıcı tələbatı olan məhsullar
üzrə qiymət dəyişikliklərini əks etdirir. İndeks artıq ölkəmizin
aparıcı maliyyə təşkilatlarının marağına səbəb olub.

Sıravi alıcılara bu indekslərin faydası
nədir?

Qiymətləri əks etdirən indekslər bütün istehlakçılar üçün
maraqlıdır. Çünki həmin indekslər alıcılara lazım olan məhsulların
qiymətlərində dəyişiklikləri izləməyə və öz ailə büdcələrini
sistemli şəkildə idarə etməyə imkan yaradır. Müxtəlif ölkələrdə
fərqli göstəricilər üzrə şərti indekslər mövcuddur. “Big Mac”
indeksi, “Borş” və ya “Paytaxt salatı” indeksləri və sosial
şəbəkələrdə populyarlıq qazanmış iqtisadçı Aleksandr Abramovun
düşündüyü “Marmelad ayıları” kimi indekslər maraqla izlənilir.

Bizim Abramova “cavab”ımız

Biz də A.Abramovun təşəbbüsündən ilhamlanaraq Novruz bayramı
ərəfəsində “Şah plov” və “Qarabağ kətəsi” şərti indekslərini
hazırlamağı düşündük. Niyə bu indeksləri şərti adlandırırıq? Çünki
bu rəqəmlər müəyyən dövrü əhatə edən müqayisəli göstəriciləri
deyil, məhz bu Novruz ərəfəsində qrupumuza daxil olan marketlərdə
məhsulların real qiymətlərini əks etdirir.

Şirkətimizin analitiki Fərid Nəbizadə bu təşəbbüsü belə şərh
edir:
“Hər bir Azərbaycan ailəsinin bayram axşamı süfrəsində
plov və milli şirniyyat olur. Biz hesablamalar apardıq və belə bir
nəticəyə gəldik ki, 4-5 nəfərlik ailə üçün plov 23,63 manata və
“Qarabağ kətəsi” 9,04 manata başa gələcək. Bu rəqəmləri biz
marketlərimizdə olan qiymətlərin təhlilinə əsasən əldə etdik”.

Məhsulun adı

Xammalın adı

Miqdar

Qiyməti

Şah plov

Lavaş

600 q

1,79 ₼

Duz

33 q

0,02 ₼

Kərə yağı

200 q

3,41 ₼

Sarıkök

4 q

0,09 ₼

Zəfəran

4 q

0,69 ₼

Düyü

800 q

3,35 ₼

Qara istiot

10 q

0,56 ₼

Limon duzu

10 q

0,19 ₼

Quzu əti

500 q

7,50 ₼

Soğan

200 q

0,19 ₼

Şabalıd

500 q

3,24 ₼

Sarı kişmiş

100 q

0,68 ₼

Ərik qurusu

100 q

1,79 ₼

Gavalı qurusu

100 q

0,15 ₼

Ümumi qiyməti

23,63 ₼

Məhsulun adı

Xammalın adı

Miqdar

Qiyməti

Qarabağ kətəsi

Un

1099 q

1,59 ₼

Şəkər tozu

348 q

0,46 ₼

Sarıkök

1 q

0,03 ₼

Maya

23 q

0,25 ₼

Süd

173 q

0,43 ₼

Kərə yağı

348 q

5,93 ₼

Vanil

3 q

0,05 ₼

Yumurta

2 ədəd

0,30 ₼

Ümumi qiyməti

9,04 ₼

­

Teqlər: