Bayram namazının vaxtı bilindi

Bayram namazının vaxtı bilindi

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.  

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.