Bayram günü 238 nəfər xəstəxanaya yerləşdirilib

Bayram günü 238 nəfər xəstəxanaya yerləşdirilib

Bayram günündə 238 nəfər paytaxt xəstəxanalarına yerləşdirilib.

Bu barədə AzerTimes-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bayram günləri TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir. Bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb.

Belə ki, 30.12.2022-ci ildə ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, 31.12.2022-ci il tarixində ümumi çağırış sayı 2 660, hospital olunanların sayı isə 238 olub.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır.

Teqlər: