Bayram günlərində regionlara daşınan sərnişin sayı məlum olub

Ramazan Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi
hərəkət intensivliyindən və sərnişin axınının dəyişməsindən asılı
olaraq vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətləri göstərmək
məqsədi ilə tam gücü ilə fəaliyyət göstərib.

Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan
bildiriblər.

Sərnişin sıxlığı nəzərə alınaraq hərəkətin səmərəli təşkil
edilməsi məqsədi ilə xəttlərə əlavə avtobuslar cəlb edilib,
reyslərin müntəzəmliyi təmin edilib.

Biletlər qabaqcadan və gündəlik satış kassalarından, eləcə də
“avtovagzal.az” saytı vasitəsi ilə onlayn qaydada sərnişinlərə
təqdim edilib.

İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara
təhkim edilmiş reyslər arasında intervallar, habelə kassaların
buraxılış qabiliyyəti nəzərə alınmaqla, sərnişinlərimiz vaxt itkisi
ilə qarşılamasın deyə əlavə kassalar açılıb.

Ümumilikdə 29 aprel 3 may tarixində 1164 reyslə 33 551 sərnişin
daşınıb.

Teqlər: