Bayram günlərində biletin bahalaşması gözlənilmir və mümkün deyil.
Bu sözləri AzerTimes-a Qurban bayramı ilə bağlı gediş haqqının artırılması haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Samir Səfərov deyib.
O bildirib ki, vətəndaşların rayonlara rahat gedə bilməsi üçün avtobus sayı artırılacaq:
“9-12 iyul tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik”.