Novruz Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən respublikanın digər şəhər və rayonlarına 2 813 reyslə
76 369 sərnişin daşınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Bildirilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz
Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və
davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi
gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
“Bu dövrdə vətəndaşlar vaxt itirməsin deyə əlavə kassalar
açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123
əlavə avtobus buraxılıb. Bayram günləri Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən regionlara səfər edən bütün sərnişinlərin tələbatı
tam qarşılanıb.
Sərnişinlər təhlükəsiz və rahat şəkildə mənzil başına
çatdırılıb. Heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb”, –
məlumatda deyilir.
Twitter:@FaridZohrabov