Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə AzerTimes-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Ümumilikdə bayram günlərində 1591 reys həyata keçirilib, 47 min 306 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.