Bayram günlərində milli parkları 4553 turist ziyarət edib (FOTO)

Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 4553
turist səfər edib.

Bunu AzerTimes-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi
Arzu Babayeva bildirib.

A.Babayevanın sözlərinə görə, bayram tətili günlərində ölkə
ərazisində hava şəraiti o qədər əlverişli olmasa da, turistlər
həvəslə milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa
üstünlük veriblər.

“Milli parklarımız əvəzolunmaz təbiət inciləridir və turistlər
bu gözəllikləri ziyarət edərək həm füsunkar mənzərələrdən zövq
alır, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.

Teqlər: