Xəbər - Elçin Mehdiyev – Trend:
Novruz bayramı günlərində regionlarda hotel və əyləncə
mərkəzlərində qiymətlərdə artım müşahidə ediləcək.
Bunu AzerTimes-a
turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
C.Aşırov bildirib ki, Novruz bayramı ilə əlaqədar 9 qeyri-iş
günü müəyyən edilib. “Bu da o deməkdir ki, regionlarda hotellərə,
istirahət mərkəzlərinə gedənlərin sayı artacaq. Xüsusilə Bakıya
yaxın regionlardakı hotellərdə və istirahət mərkəzlərində doluluq
səviyyəsi yüksək olacaq.
Əlbəttə ki, bu doluluğu nəzərə aldıqda adi günlərlə müqayisədə
bayram günlərində qiymətlər nisbətən artacaq. Lakin əvvəlki
pandemiyanın əvvəlki illərinə nisbətən həddindən artq doluluq və
yaxud yer tapmamaq problemi olmayacaq, çünki artıq 80-dən çox ölkə
ilə Azərbaycan arasında hava nəqliyyatı açılıb və insanların bir
qismi bayram tətilini xaricdə etməyi planlaşdırır”, – deyə ekspert
əlavə edib.
Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl
(19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.