Bayram günləri 224 nəfər zəhərlənib

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi
ilə 224 nəfər müraciət edib.

Mərkəzdən AzerTimes-a verilən məlumata görə, müraciət edən 28
nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə
yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə
buraxılıb.

“Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi,
3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü
sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan
zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən
birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün
olmayıb”, – məlumatda bildirilir.

Teqlər: