“Bayraktar”larla bağlı tələbatı qarşılamaqda çətinlik çəkirik – Səlcuq Bayraktar

Xəbər - Orxan Nəbiyev – Trend:

Pilotsuz uçuş aparatlarımıza (PUA), xüsusilə də “Bayraktar TB2” PUA-larına bütün dünyada böyük maraq var, hətta bəzən tələbatı qarşılamaqda çətinlik çəkirik.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Aksarau şəhərində “Teknofest” sərgisində iştirak edən “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, bu aparatlara maraq Suriyada və Qarabağda hərbi əməliyyatlardan sonra daha da artıb:


“Əslində “Bayraktar TB2” pilotsuz uçuş aparatları İdlibdə, “Zeytun bulağı” və “Fərat qalxanı” əməliyatlarında və son olaraq Qarabağda istifadə olunduqdan sonra geniş maraq oyatdı. Hətta deyə bilərəm ki, bəzən tələbatı qarşılamaqda çətinlik çəkirik. “Baykar” gəlirlərinin 70 faizini ixracatdan əldə edir. Bu günədək 10-dan çox ixrac müqaviləsi imzalamışıq”.

S.Bayraktar əlavə edib ki, şirkət hazırda “Akıncı” PUA-larının istehsalı üzərində çalışır, eyni zamanda “Bayraktar TB3” və pilotsuz hərbi təyyarə layihələri ilə bağlı işlər aparılır.