“Bayraktar AKINCI” Zərbə PUA-sı Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək.
AzerTimes-ın məlumatına görə, “Baykar” şirkəti tərəfindən daxili və milli resurslarla hazırlanan “Bayraktar AKINCI” bu gün keçiriləcək mərasimdə təhlükəsizlik qüvvələrinə təqdim olunacaq.
Həm ölkənin daxilində, həm də xaricdə pilotsuz uçuş aparatlarından səmərəli istifadə edərək təhlükəsizlik qüvvələri “Bayraktar Akıncı” sayəsində yeni əməliyyat qabiliyyətləri əldə edəcəklər.
“Bayraktar TB2” və “Anka” PUA-larından daha yüksək yükləmə qabiliyyətinə, daha effektiv atəş gücünə və daha qabaqcıl avadanlıqlara sahib olan “Bayraktar Akıncı” Türk Silahlı Qüvvələrinin hava məkanındakı güc faktoru olacaq.