İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə Ermənistan cərimə olunmayıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
“Heç bir maliyyə cəzası yox idi, belə söhbətlər həqiqətə uyğun deyil”, – o bildirib.
Qeyd edək ki, sosial şəbəkənin erməni seqmentində Azərbaycan bayrağının yandırılmasına görə Ermənistanın 300 min avro cərimələnməsi barədə məlumat yayılmışdı.