Ötən gün İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Bayrağımız səhnəyə gətirilərkən, onu gətirən qızın əlindən alaraq, yandıran Aram Nikolyan saxlanılıb və polis bölməsinə aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, Ermənistan İTV-nin stilisti və çempionatın açılış mərasimi şousunun təşkilatçılarından olan Aram Nikolyanın saxlanılmasına etiraz edən ermənilər polis bölməsinin qarşısına toplaşıblar.
Canlı yayım açan ermənilər qısa müddətdən sonra Nikolyanın polis bölməsinin binasından çıxdığını göstəriblər və onu alqışlarla, qəhrəman kimi qarşılayıblar.