Bayrağa hörmətsizlik hər ölkədə cinayətdir – Naqapetyan

Bayrağa hörmətsizlik hər ölkədə cinayətdir – Naqapetyan

Azərbaycanlılar o üç gənci tutublar. Görüntülərdə də var ki, Xocavənd rayonundan olan gənc futbolçular ayaqlarını Azərbaycan bayrağı ilə təmizləyiblər.

AzerTimes xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Naqapetyan erməni mediasına müsahibəsində deyib.

“Bu, dövlət rəmzinə hörmətsizlikdir, istənilən ölkədə cinayət sayılır. İndi bir sual ortaya çıxır. Qarabağdan Ermənistana gələn şəxslərin siyahısı “milli təhlükəsizlik xidməti”ndə olur. 11 futbolçu (Azərbaycan tərəfdən) axtarışdadır. Əgər onlar axtarışdadırlarsa, o zaman niyə onların Həkəri körpüsünə getməsinə icazə verilib?” – Naqapetyan bildirib.

Teqlər: