“Baykar”dan 300 milyonluq yardım

“Baykar”dan 300 milyonluq yardım

Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar Teknoloji” AFAD-a 300 milyon lirə nağd pul yardımı edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraqdar öz Tvitter hesabında paylaşım edib.

“Bu gün mərhum atamız Özdəmir Bayraqdar və anamız Canan Bayraqdar adına AFAD-a 300 milyon lirə nağd ianə etdik. Əlimizdən gələni etməyə davam edirik,” – Bayraqdar bildirib.

Qeyd edək ki, bundan əvvəl də “Baykar” şirkəti AFAD-ın hesabına 350 milyon lirə yatırmışdı.

Teqlər: