“Baykar” Ukraynaya 100 milyonluq sərmayə qoyur

“Baykar” Ukraynaya 100 milyonluq sərmayə qoyur

Türkiyənin “Baykar” şirkəti Ukraynada PUA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur.

AzerTimes xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi forumunda deyib.

“Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Tikintinin tamamlanması isə təxminən 1,5 il çəkəcək. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, – baş direktor bildirib.

Teqlər: