“Baykar” Ukraynada zavod tikir: Torpaq da alınıb…

“Baykar” Ukraynada zavod tikir: Torpaq da alınıb…

Ukrayna hökuməti bu yaxınlarda ölkə ərazisində “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Səfirin sözlərinə görə, “Baykar” şirkəti artıq Ukraynada torpaq sahəsi də alıb:

“Şirkətin sahibi zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır. Və bu, təkcə siyasi deyil, həm də praktikdir, çünki zavodda istehsal olunacaq modellərin əhəmiyyətli hissələrində Ukrayna istehsalı olan komponentlər olacaq”.

Səfir qeyd edib ki, təyyarələrin inşası zamanı istifadə olunacaq mühərriklər, təkərlər və ya digər ehtiyat hissələri Ukrayna istehsalı olacaq.

Teqlər: