

İtaliyanın “Leonardo” korporasiyası və Türkiyənin PUA istehsalçısı “Baykar” pilotsuz texnologiyaların inkişafı üçün birgə müəssisə yaradacaq.
AzerTimes xəbər verir ki, layihə barədə Beynəlxalq Paris Aviasiya Sərgisində elan edilib.
Qeyd olunub ki, LBA “Systems” adlanacaq yeni şirkət İtaliyada qeydiyyata alınacaq və onun hüquqi və əməliyyat qərargahı da burada yerləşəcək. “Leonardo” və Baykar hər biri nizamnamə kapitalının 50%-nə sahib olan bərabər səhmdarlar kimi çıxış edəcək.