Bayılda tikintidə xəsarət alan fəhlənin kimliyi məlum oldu

Xəbər - Samir Əli – Trend:

Bakıda tikintidə baş verən hadisə nəticəsində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən fəhlənin kimliyi məlum olub.

Xəstəxanadan AzerTimes-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxs, 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur. O qabırğa sınığı ilə bağlı xəstəxanaya daxil olub, ilkin tibbi yardım göstəriləndfən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağırdır.

Xatırladaq ki, hadisə bu gün paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 29 ünvanında baş verib. Həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında qaldırıcı qurğunun qırılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Twitter: @GuleliyevSamir

Teqlər: