Bu mövsüm “Bayer” Almaniya Bundesliqasında sonuncu oyununu – 34-cü tur matçını keçirib.
AzerTimes xəbər verir ki, artıq turnirdə çempionluğu rəsmiləşdirən Leverkuzen təmsilçisi “Auqsburq”la qarşılaşıb. “Bayer” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Hesabı 12-ci dəqiqədə “Bayer”dən Viktor Bonifase açıb. 27-ci dəqiqədə Robert Andrix” fərqi artırıb. 62-ci dəqiqədə isə “Auqsburq”dan Mert Kömür fərqlənib.
Bu qələbə sayəsində “Bayer” bütün turnirlər daxil olmaqla, məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırıb.