Baydenlə Szinpinin görüşünün təfərrüatı

Baydenlə Szinpinin görüşünün təfərrüatı

ABŞ Prezidenti Co Baydenlə Çin sədri Si Szinpin arasında 3 saatdan çox davam edən görüşün təfərrüatı bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Bildirilib ki, ABŞ “vahid Çin” siyasətinə sadiq qalır, Tayvan boğazında status-kvonun dəyişdirilməsinə qarşıdır.

Bəyanatda qeyd olunub ki, Bayden Si Szinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında isə vurğulanıb ki, Szinpin Baydenə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. O, həmçinin söyləyib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.

Teqlər: