ABŞ Prezidenti Co Baydenin Ağ Evi ilə Kamala Harrisin komandası arasında münasibətlər seçkiyə son həftələr qalmış gərginləşib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
“Hazırkı prezidentin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsini istəyir, lakin Baydenin bir çox köməkçisi prezidentin yenidən seçilməkdən imtina etməsini qəbul edə bilmir”, – mənbə bildirib.
Qeyd olunur ki, Ağ Ev Baydenin iş qrafikini və vitse-prezidentin kampaniyası üçün çıxışlarını kifayət qədər koordinasiya etmir.