Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, amerikalı həmkarı Co Baydenlə Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsini müzakirə etdiyini bildirib:
“Təəssüf ki, F-16 məsələsi İsveçin NATO-ya üzvlüyü prosesi ilə bağlıdır. Bu yanaşma bizi ciddi şəkildə narahat edir. Lakin Türkiyə Böyük Millət Məclisi belə bir qərar qəbul etmədikcə, mən İsveçin NATO üzvlüyünə “hə” deyə bilmərəm”.