ABŞ Prezidenti Co Bayden özünü yaxşı hiss edir, tibbi müayinəyə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer deyib.
“Yıxılmağa gəldikdə, həkim müayinəsinə gərək olmayıb. Prezident özünü yaxşı hiss edir. Bəziləriniz onu Ağ Evin həyətində, elə bu mövzuda danışarkən görmüsünüz”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün C.Bayden Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə kürsüyə çıxan zaman yıxılmışdı.