İsrail Qəzzanı yenidən işğal etmək istəmir, lakin HƏMAS-ı məhv etmək üçün hər şeyi edəcək.
AzerTimes xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.
İsrailin ABŞ-dakı səfiri Mayk Hersoq da bildirib ki, İsrail bir milyon yarım fələstinlinin həyatına nəzarət etməkdə maraqlı deyil.
Qeyd edək ki, hər iki səfirin sözləri ABŞ Prezidenti Co Baydenin “İsrail Qəzzanı işğal etsə, səhv edər” ifadəsinə cavab olaraq bildirilib.