ABŞ Prezidenti Cozef Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 4-ü baş tutacaq.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlər üçün brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
C.Psaki bildirib: “Prezidentin cümə axşamı Dövlət Departamentini ziyarət edəcəyini təsdiqləyə bilərik. Bu, əvvəlcə cari həftənin əvvəlinə təyin edilmişdi, lakin güclü qar səbəbindən tədbirin vaxtını dəyişmək məcburiyyətində qaldıq”.
Onun sözlərinə görə, C.Bayden ABŞ-ın dünyadakı rolunun bərpa edilməsi barədə çıxış edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin xarici siyasətlə bağlı çıxışı fevralın 1-i baş tutmalı idi.