Baydenin tələbini dəstəkləməyəcəm, çünki… – Senator

Baydenin tələbini dəstəkləməyəcəm, çünki… – Senator

Co Bayden administrasiyasının Ukrayna və İsrailə yardım tələbini dəstəkləməyəcəm, çünki Ağ Ev ölkənin daxili problemləri ilə maraqlanmır.

AzerTimes xəbər verir ki, bunu respublikaçı senator Teylor Qrin bildirib.

“Mən xarici ölkələrin sərhədlərini qorumaq üçün pul ayrılmasına qarşı səs verəcəyəm”, – Qrin bildirib.

Qeyd edək ki, bu gün Prezident Co Bayden Konqresə Ukrayna və İsrailə yardım ayrılması üçün müraciət edib.

Teqlər: