Baydenin Szinpinlə görüşdən sonra bu sözü Çini qəzəbləndirdi

Baydenin Szinpinlə görüşdən sonra bu sözü Çini qəzəbləndirdi

ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Szinpini “diktator” hesab etməsi ilə bağlı açıqlamaları iki lider arasında San-Fransiskoda başa çatan danışıqların uğurlarını sarsıda bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Agentliyin məlumatına görə, Ağ Ev rəhbərinin açıqlamaları hər iki tərəfin bu günə qədər ən məhsuldar olduğu görüşə kölgə salıb.

“Bu bəyanatlar Çin və ABŞ prezidentləri arasında dörd saatlıq danışıqlar zamanı əldə edilmiş irəliləyişə xələl gətirə bilər. Söhbət narkotiklərin yayılması ilə mübarizə üzrə razılaşmalardan, Pekin və Vaşinqton arasında ən yüksək səviyyədə hərbi təmasların bərpasından və liderlərin hər hansı anlaşılmazlığı aradan qaldırmaq üçün bir-birinə birbaşa zəng edə biləcəyi qarşılıqlı anlaşmadan gedir”, – məlumatda qeyd olunub.

Çin Xarici İşlər Nazirliyi isə ABŞ prezidentinin bəyanatını səhv və məsuliyyətsiz adlandırıb.

Qeyd edək ki, Si Szinpinlə San-Fransisko (Kaliforniya) ətrafındakı Filoli malikanəsində keçirilən görüşdən sonra jurnalistlər Baydendən əvvəllər olduğu kimi Çin liderini diktator adlandırmağa hazır olub-olmadığını soruşublar. Bayden isə cavabında deyib ki, Szinpin elə diktatordur, çünki o, ABŞ-dan tamamilə fərqli idarəetmə formasına əsaslanan bir ölkəyə rəhbərlik edir.

Teqlər: