Baydenin “soyqırımı” ifadəsini işlətməsi reallığı dəyişməyəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

ABŞ Prezidenti Cozef Baydenin məlum bəyanatının siyasi məqsədlərə xidmət etməkdən başqa bir yükü yoxdur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, C.Bayden bu bəyanatı ilə seçki zamanı ona dəstək vermiş erməni lobbisinin tələblərini yerinə yetirmiş oldu.

Millət vəkili qeyd edib ki, C.Baydenin soyqırım ifadəsinin hüquqi qüvvəsi yoxdur:

“Cozef Baydenin belə bir bəyanat səsləndirəcəyi gözlənilən idi. Ümumiyyətlə seçki dönəmində hər bir amerikalının prezidenti olacağını deyən Bayden əslində seçkini udmaq, qələbə qazanmaq üçün erməni lobbisinin gücündən də istifadə edib. Bu baxımdan onun istifadə etdiyi güc müqabilində borcu geri qaytarmalı olacağı gözlənilən idi. O da bu borcunu belə geri qaytarmış oldu. Düzdür ABŞ kimi özünü demokratik adlandıran, ədalət çarçısı kimi dünya siyasətində mühüm yer tutan bir ölkə başçısının saxta soyqırıma belə münasibət bildirməsi təəssüf hissi doğurur. Artıq nəinki Türkiyə, bütün türk dünyası bu məsələyə öz münasibətini ortaya qoyub. Azərbaycan tərəfi bəyanata etiraz edən ölkələr arasında ilk sıralardadır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Bayden güman ki, türklərin məhşur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Nə bu bəyanat, nə də saxta tarixlə ermənilər heç nəyə nail ola bilməyəcəklər…”

İ.Yusifov qeyd edib ki, Baydenin “soyqırım” məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi onds bu, demokratik dəyərlərə bir nümunə olardı:

“Ermənilərin regiona gətirilməsi xüsusi plan əsasında həyata keçirilib. Burada məqsəd regionda sabitliyi pozmaq, ərazi iddiaları, region ölkələrinin inkişafına maneə olmaq əsas məqsəddir. Ermənilər də tarix boyu amansız soyqırım törətməklə ayaq üstə qala bilmişlər. Xocalı, 31 mart soyqırımı hadisələrini elə amerikanın neçə ştatı tanıyıb. Əgər haqq-ədalət budursa Xocalıda törədilən amansızlığa münasibət bildirsin. Ancaq saxta tarixə əsaslanıb boş bəyanat səsləndiən Baydendən bunu gözləmək yersiz olar. Görünən odur ki, Bayden müstəqil siyasətçi deyil, o kimlərinsə diqtəsi ilə hərəkət edir ”.

Teqlər: