Baydenin səfərindən Ağ Evdə çoxlarının xəbəri olmayıb

Baydenin səfərindən Ağ Evdə çoxlarının xəbəri olmayıb

Kiyevə səfərlə bağlı yekun qərarı fevralın 17-də ABŞ Prezidenti Co Bayden özü verib. Ağ Ev və Pentaqonda çoxlarının səfərdən xəbəri yox idi.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqtondan uçan Baydeni onun milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və səfər barədə sirri saxlayacaqlarına söz verən iki jurnalist müşayiət edib.

Bildirilib ki, jurnalistlər səfərdən bir neçə gün əvvəl “Qolf yarışına yollanmağın təlimatı” adlı elektron məktub alıblar.

Teqlər: