ABŞ Prezidenti Co Baydenin reytinqi onun prezidentliyi dövründə ən aşağı səviyyəyə enib.
AzerTimes xəbər verir ki, bu barədə NBC Nyusun sorğusunda deyilir.
Sorğu Baydenin reytinqinin 40 faizə düşdüyünü göstərib.
Hesab olunur ki, reytinqin aşağı olması seçicilərin əksəriyyətinin dövlət başçısının xarici siyasətə yanaşması və İsrail-HƏMAS münaqişəsi ilə bağlıdır.
O da məlum olub ki, 2024-cü il seçkiləri ərəfəsində Baydenin reytinqi ilk dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan geri qalıb.