Baydenin reytinqi rekord həddə düşüb

ABŞ prezidenti Co Baydenin reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb və 42%-ə çatıb. Son araşdırmanın nəticəsinə görə, ölkə başçısının reytinqi 44%-dən bir qədər çox idi.

Trend xəbər verir ki, respondentlərin 54%-i Baydenin prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib.

Prezidentliyin doqquz ayı ərzində onun reytinqi müəyyən məsələləri yanaşma ilə bağlı xeyli aşağı düşüb. Oktyabrda respondentlərin 51%-i prezidentin koronavirus pandemiyası ilə mübarizə tədbirlərini bəyəndiyini bildirib, apreldə isə bu rəqəm 69%-dən çox idi.


Baydenin iqtisadi qərarlarını yalnız 40% respondent bəyənib, bu ilin aprelində bu gostərici 52%-ə bərabər idi.