Baydenin nüvə təklifinə Kremldən cavab

Baydenin nüvə təklifinə Kremldən cavab

Nüvə silahlarının azaldılması ilə bağlı təmaslar dayandırıla bilməz, lakin bütün məsələlər mövcud vəziyyət nəzərə alınmaqla nəzərdən keçirilməlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya belə təmasları zəruri hesab edir və onu dayandırmaq olmaz. Amma biz mövcud vəziyyəti nəzərə alaraq bütün təhlükəsizlik məsələlərinə hərtərəfli baxmalıyıq”, – o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiya, Çin və KXDR ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.

Teqlər: