Baydenin Netanyahu haqda qeyri-etik sözü…

Baydenin Netanyahu haqda qeyri-etik sözü…

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu haqqında ədəbsiz danışıb, lakin Ağ Ev bunu inkar edir.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Bayden Netanyahudan şübhələnir.

“O, İsrail baş nazirini “lənətə gəlmiş pis adam” adlandırıb”, – nəşr yazıb.

Ağ Ev rəsmisi Endryu Beyts nəşrə açıqlamasında Baydenin belə bir ifadə işlətmədiyini deyib. Onun sözlərinə görə, liderlər arasında hörmətli münasibət var.

Teqlər: