ABŞ Prezidenti Co Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer gələn ay istefa verəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Prezidentin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan üzrə baş direktoru Laura Rozenberqer gələn ay vəzifəsini tərk edəcək”, – agentliyin açıqlamasında deyilib.
Agentlik Rozenberqerin Çinlə ABŞ arasında yaşanan hava şarı insidentinə görə istefaya gedəcəyini bildirib.