ABŞ Prezidenti Co Baydenin koronavirus testinin nəticəsi yenidən müsbət çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə C.Baydeni müalicə edən həkim Kevin O’Konnor yazılı açıqlamasında deyilir.
Onun sözlərinə görə, ABŞ Prezidenti özünü yaxşı hiss edir, lakin ciddi özünütəcrid tədbirlərinə riayət etməyə davam edəcək.
Xatırladaq ki, bir neçə gün öncə C.Baydenin koronavirusdan sağaldığı bildirilirdi.