ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rebohot Biç şəhərindəki şəxsi evində axtarış aparılır.
AzerTimes xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları ölkə başçısının evində axtarışa başlayıb.
Axtarış işlərinin məxfi sənədlərin saxlanması işi çərçivəsində aparıldığı bildirilib.