Baydenin İsveçrədə keçiriləcək Ukrayna Sülh Konfransında iştirakdan imtina etməsi Kiyev üçün diplomatik fəlakət olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.
Məlumatda Zelenskinin artıq bu diplomatik uğursuzluqdan məyus olduğu və Baydenin yoxluğunu Putin üçün alqış kimi qiymətləndirdiyi bildirilib.
Nəşr Co Bayden üçün noyabrda ABŞ-da keçiriləcək seçkilərin İsveçrə dağlarındakı ümidsiz sülh sammitindən daha vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, İsveçrədə 15-16 iyun tarixində Ukrayna Sülh Konfransı keçiriləcək. Konfransda 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa Birliyi, həmçinin BMT, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcək. Ancaq Rusiya tədbirə dəvət olunmayıb.