ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn İsrailə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat verib.
Baş müşavirin İsrail ilə Livan arasında mümkün toqquşmanın qarşısını almaq üçün regiona səfər etdiyi bildirilib.
Hokşteynin müdafiə naziri Yoav Qallant, Baş Qərargah rəisi Hersi Halevi və digər rəsmi şəxslərlə görüş keçirəcəyi gözlənilir.